Əlavə Mükafat

sığortaçı tərəfindən, sığorta müqaviləsinə əlavə risklər və ya yüksək təhlükəli risklərin sığortası daxil edilməsinə görə ödənən əlavə sığorta üzvlük haqqıdır.
Əlavə Məsuliyyətli Cəmiyyət
Əlavə Olunmuş İqtisadi Dəyər
OBASTAN VİKİ
Mükafat
Mükafat — xidmətlərə, fərqlənməyə, minnətdarlığa görə verilən xüsusi fərqlənmə nişanı, fəxri ad və ya hədiyyə. Bəzi hallarda mükafat ona layiq görülən insana hansısa sosial status da verir.
Mükafat (dəqiqləşdirmə)
Mükafat
Mükafat Əliyev
Mükafat Əliyev (5 avqust 1937) — şair-yazıçı, müəllim. Mükafat Surxay oğlu Əliyev 1937-ci il avqustun 5-də Cəbrayıl rayonunun Quycaq kəndində anadan olub. 1965-ci ildə M.F.Axundov Azərbaycan Dillər İnstitutunu (indiki Bakı Slavyan Universiteti) rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə ilə bitirib. 1993-cü ilədək Quycaq kənd orta məktəbində rus dili və ədəbiyyatı müəllimi işləyib. Mətbuatda məqalələri, bədii tərcümələri dərc olunub. 1993-cü ildə Cəbrayılın Ermənistan silahlı qüvvəlləri tərəfindən işğalından sonra ailəsi ilə Bakıda məskunlaşıb, bir neçə il pedaqoji fəaliyyətini davam etdirib. 1998-ci ildə təqaüdə çıxıb. Hekayə və şeirlərdən ibarət "Ömür də bir yoldur" (2007), "Günbatana baxan qəbir" (2009), "Arazım, mənim Arazım" (2010), "Saz şəkilli baş daşı" (2011), "İtmiş çantanın izi ilə" (2012) kitabları işıq üzü görüb. Əsərlərində xeyir və şərin mübarizəsi, dövrün sərt üzünü görmüş insanların həyat hekəyələri, məkr və məhəbbət, yurd itkisinin ağrı-acısı, Vətən, torpaq sevgisi özünəməxsus çalarlarla təsvir olunur. "Ömür də bir yoldur".
Mükafat sistemi
Mükafat sistemi və ya daxili möhkəmləndirmə sistemi (ing. reward system) — hərəkətlərə müsbət reaksiyalar verilməsi vasitəsilə davranışın tənzimlənməsində və idarə edilməsində iştirak edən sinir sisteminin strukturları məcmusu. Mükafat sistemi, cəza sistemi ilə yanaşı, davranışın gücləndirilməsi mexanizmlərində böyük rol oynayır. Psixoloji mükafat — xoş hisslər vasitəsilə davranışın gücləndirilməsi prosesidir. Mükafat anlayışı fərd tərəfindən obyektə, davranış aktına və ya daxili fiziki vəziyyətə aid edilən müsbət keyfiyyətləri təsvir etmək üçün istifadə olunur. İlkin (təbii) mükafatlar qidalanma, cütləşmə və döyüş kimi növlərin yaşaması üçün zəruri olan davranışları gücləndirir. İkinci dərəcəli mükafatlar ilkin olanlarla sıx bağlıdır və ilkin ehtiyacların ödənilməsi ilə əlaqəli obyektlərin, hərəkətlərin və vəziyyətlərin dəyərini müəyyənləşdirir. Təhlükəsiz sığınacaq, pul, rahatlıq, gözəllik, xoş toxunuşlar, səslər və daha çox şeyin dəyəri ikinci dərəcəli mükafatlarla müəyyən edilir. "Dopamine Involved In Aggression". Medical News Today.
Əlavə sinir
On birinci kəllə siniri, XI kəllə siniri və ya sadəcə CN XI olaraq da bilinən əlavə sinir — servikoklavipektoral və trapesiya əzələlərini innervasiya edən kranial sinirdir. On iki cüt kranial sinirin on birincisi kimi təsnif edilir, çünki əvvəllər onun bir hissəsinin beyindən gəldiyi düşünülürdü. Sternokleidomastoid əzələsi başı əyir və döndərir, kürək sümüyü ilə birləşən trapesiya əzələsi isə çiyin çəkmə funksiyasını yerinə yetirir.
Əlavə vaxt
Əlavə vaxt, bəzi idman növlərindəki bərabərliyi pozmaq məqsədilə oyunun normal vaxtına əlavə olaraq artırılan vaxtdır. Futbol, Amerikan futbolu, Kanada futbolu, basketbol, buzüstü hokkey, həndbol, beyzbol, softbol, reqbi, Avstraliya futbolu,su polosu, körlinq, kriket kimi idman növlərində istifadə olunur.
Əlavə dalaq
Əlavə dalaq — dalağın əsas gövdəsindən ayrı olan dalaq toxumasının kiçik bir düyünü. Əlavə dalaqlar əhalinin təxminən 10%-də rast gəlinir və adətən diametri təxminən 1 sm. olur. Onlar limfa düyünlərinə və ya kiçik dalağa bənzəyirlər. Əlavə dalaq ya inkişaf anomaliyaları ya da travma nəticəsində əmələ gəlir və tibbi əhəmiyyət kəsb edir, çünki o, diaqnostik təsvirin yanlış təfsirinə və ya terapevtik splenektomiyadan sonra simptomların qalmasına səbəb ola bilər. Polispleniya bir normal dalağın deyil, bir neçə əlavə dalağın olmasıdır. Əlavə qalaq embrional inkişaf zamanı inkişaf edən dalağın bəzi hüceyrələri dalağın əmələ gəldiyi orta xəttdən qarın boşluğunun sol tərəfində 9–11-ci qabırğalardakı son yerə qədər olan yol boyunca yerləşdirildikdə əmələ gələ bilər. Əlavə dalağın ən çox yayıldığı yerlər dalağın hilum hissəsi və mədəaltı vəzinin ucudur. Əlavə dalaq damarlarının hər hansı bir yerində — qastrosplenik bağda, dalaq bağında, mədə və ya bağırsaq divarlarında, mədəaltı vəzi ucunda olur. Tipik ölçü təxminən 1 sm-dir, lakin bir neçə ml-dən 2–3 sm-ə qədər olan ölçülər də rast gəlinir.
Əlavə kapital
Əlavə kapital — dövriyyədənkənar aktivlərin, büdcədən dövriyyə vəsaitlərinin artırılmasına yönəldilmiş vəsaitlərin, habelə müəssisənin öz kapitalına digər gəlirlərin (məsələn, bağışlanmış əsas vəsaitlərin) əlavə qiymətləndirilməsinin məbləği. Əlavə kapital balansın aşağıdakı elementlərdən ibarət öhdəlik maddəsidir: səhm haqqı — şirkətin səhmlərinin satışı ilə nominal dəyəri arasındakı fərq; məzənnə fərqləri — nizamnamə kapitalının xarici valyutada payının ödənilməsi zamanı yaranan fərqlər; əsas vəsaitlərin yenidən qiymətləndirilməsi zamanı fərq əsas vəsaitlərin dəyəri dəyişdikdə fərqdir. Əlavə kapital dedikdə müəssisənin öz vəsaitləri nəzərdə tutulur.
Britaniya mükafat sistemi
Britaniya mükafat sistemi (ing. British Honours System) — Böyük Britaniyada igidliyə, nailiyyətlərə və dövlətə qulluğa görə qiymətləndirmə vasitəsi. Sistem üç hissədən ibarətdir: Şərəfləndirmə Medallar Döş nişanları. == Şərəfləndirmə == Şərəfləndirmənin əsas məqsədi insanı mükafatlandırmaq (award) deyil, ad verməklə onun xidmətlərini vurğulamaqdır, bununla da insanın cəmiyyətdə nüfuzu qaldırılır. == Mükafatlandırma tarixi == İngils kralları öz təbəələrini üzüklərlə təltif edirdilər. İlk ingilis cəngavər ordeni olan Bant ordenini 1348-ci ildə İngiltərə karlı III Edvard təsis etdi. Sonradan bu sistemdə dəfələrlə dəyişiklik edildi. Həmçinin hərbi xidmətə, igidliyə, sədaqətə və nailiyyətlərə görə də mükafatlar təsis edildi. == Müasir cəngavər ordenləri == 10 orden vardır. Bəzilərinin medalları da vardır.
Müstəqil ruh (mükafat)
Müstəqil Ruh mükafatı (ing. Independent Spirit) — ilk növbədə müstəqil Amerika kinosuna yönəlmiş Amerika film mükafatıdır. 1984-cü ildən mövcuddur və başlanğıcda FINDIE Awards (Friends of Independents – müstəqillərin dostları (rejissorların)) adlanırdı. İndiki adını 1986-cı ildən bəri daşıyır. 2006-cı ildən mükafat dirəkdə oturan quş formasında metal heykəlcik şəklindədir. Müstəqil ruh qeyri-kommersiya təşkilatı - "Film Independent" tərəfindən mükafatlandırılır. Mükafatların təqdimetmə mərasimi Kaliforniyanın Santa Monika şəhərində Oskar təqdimatı ərəfəsində (1999-cu ilə qədər - Oskar təqdimatından əvvəlki son şənbə) keçirilir. Beləliklə, “Müstəqil ruh” sanki kinoakademiyanın mükafatlarına qarşı qoyulur.
UEFA Kuboku (mükafat)
UEFA Kuboku və ya Coupe UEFA UEFA tərəfindən UEFA Avropa Liqası qaliblərinə verilən mükafatdır. 2009/2010 sezonunundan əvvəl kubok UEFA Kuboku çempionuna verilirdi. Əvvəlki adıyla UEFA Kuboku'unda 2009/2010 sezonu əvvəlində bir sıra dəyişikliklər edilmiş, bu dəyişikliklərdən sonra kubokun adı UEFA Avropa Liqası olaraq dəyişdirilmişdir. Kubok Bertoni tərəfindən 1972 UEFA Kuboku Finalı üçün hazırlanmışdır. Ağırlığı 15 kq, rəngi isə gümüşü rəngidir.
Əlavə Məsuliyyətli Cəmiyyət
MMC-dən fərqli olaraq əlavə məsuliyyətli cəmiyyətin iştirakçıları müəssisənin öhdəlikləri üzrə əlavə məsuliyyət daşıyırlar. Bunun səbəbi şirkətə kredit vasitələrinin cəlb edilməsini asanlaşdırmaqdır. Ona görə ki, kreditorlar MMC-lərə vəsait verməyi riskli hesab edirlər.
Əlavə dəyər vergisi
Əlavə dəyər vergisi (ƏDV) — istehlak vergisinin növü. Bu vergi məhsula və ya materiala hər bir istehsal və çatdırma (distribusiya) mərhələsində əlavə olunan bazar dəyərinə qoyulur, və axırda istehlakçının üzərinə düşür. Bu satış vergisindən fərqlidir, çünki satış vergisi alış-veriş nöqtəsində götürülür. Fransanın Vergi Vəkalətinin (Direction générale des impôts) birgə direktoru Maurice Lauré 1964-cü ildə aprelin 10-da bu vergini ilk dəfə tətbiq edən olub, baxmayaraq ki bu konsepti 1918-ci ildə təklif edən alman sənayeçi Vilqeym fon Simens (Wilhelm von Siemens) olub. İlkin olaraq o böyük bizneslərə yönəldilmişdir, amma sonra biznesin bütün sahələri əhatə edib. Fransada o dövlət gəlirlərin 50%nı təşkil edən dövlət maliyyənin vacib mənbəyidir. Fərdi axrıncı istehlakçılarda ƏDV-ni geri qaytarmaq imkanı yoxdur, amma müəssisələr təchizat zənciri çərçivəsində alınan və növbəti mərhələrə satılan (digər müəssisəyə və ya istehlakçılara) məhsullar və xidmətlər üçün ödənilmiş ƏDVni geri ala bilərlər. O cümlədən təchizat zəncirin hər bir mərhələsində vergi biznes tərəfindən əlavə olunan dəyərin daimi hissəsidir, və verginin yığması ilə bağlı xərclər dövlətə yox, daha çox bizneslərə düşür. ƏDV ona görə yaradılıb ki, yüksək satış vergiləri onlardan qaçmağa və fırıldaqlığa səbəb olurdu. Verginin tənqidçiləri qeyd edir ki, o qeyri-proporsional olaraq aşağı və orta gəliri olan ev təsərrüfatları üçün vergi ağırlığını artırır.
Əlavə etməklə nizamlama
Artırmalı nizamlama (ing. insertion sort ~ ru. сортировка вставкой ~ tr. eklemeli sıralama) – siyahıda bir elementdən başlayıb, yeni elementləri bir-bir lazım olan yerlərə qoymaqla siyahının yenidən qurulmasından ibarət nizamlama alqoritmi. Artırmalı nizamlama massivlərlə işlərkən səmərəli olmur (elementlərin daim yerlərini dəyişdirilməsi səbəbindən), ancaq əlaqəli siyahıların çeşidlənməsi üçün ideal uyğun gəlir. Proqramlaşdırması olduqca sadə olan ancaq performans baxımından digər sıralama alqoritmlərindən zəifdir. Alqoritmin adı seçilən elementin sıralanmış massivdə uyğun yerə əlavə edilməsindən gəlir. İşləməsinə aşağıdakı nümunə üzərində baxaq. 3 4 2 8 ilk rəqəmdən başlayaq.(3) Birinci gedişdə sadəcə 3 sıralanır yəni heç nə etmirik. 3* 4 2 8(* simvolu O ana qədər sıraladığımız rəqmləri göstərir.
Əlavə etməklə sıralama
Artırmalı nizamlama (ing. insertion sort ~ ru. сортировка вставкой ~ tr. eklemeli sıralama) – siyahıda bir elementdən başlayıb, yeni elementləri bir-bir lazım olan yerlərə qoymaqla siyahının yenidən qurulmasından ibarət nizamlama alqoritmi. Artırmalı nizamlama massivlərlə işlərkən səmərəli olmur (elementlərin daim yerlərini dəyişdirilməsi səbəbindən), ancaq əlaqəli siyahıların çeşidlənməsi üçün ideal uyğun gəlir. Proqramlaşdırması olduqca sadə olan ancaq performans baxımından digər sıralama alqoritmlərindən zəifdir. Alqoritmin adı seçilən elementin sıralanmış massivdə uyğun yerə əlavə edilməsindən gəlir. İşləməsinə aşağıdakı nümunə üzərində baxaq. 3 4 2 8 ilk rəqəmdən başlayaq.(3) Birinci gedişdə sadəcə 3 sıralanır yəni heç nə etmirik. 3* 4 2 8(* simvolu O ana qədər sıraladığımız rəqmləri göstərir.
Əlavə qapayıcı sinir
Əlavə qapayıcı sinir (lat. Nervus obturatorius accessorius) bel kələfiniə aid III və IV bel sinirlərinin (L3 və L4) liflərindən təşkil olunmuşdur.
Əlavə yarımtək vena
Əlavə yarımtək vena (lat. v. hemiazygos accessorius) — yuxarı II-V dal qabırğaarası venaların toplaşmasından meydana çıxan damar. Bu damar yuxarı döş fəqərələrinin sol tərəfilə aşağı gedir və yeddinci döş fəqərəsi bərabərliyində yarımtək vena ilə birləşir və ya sağa doğru dönərək tək venaya açılır. Bəzən yuxarıda ən yuxarı sol qabırğaarası vena (lat. v. intercostalis suprema sinistra) ilə anastomozlaşır. Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979 Р. Д. Синельников.
Füzuli adına Beynəlxalq Mükafat
Füzuli adına Beynəlxalq Mükafat — Azərbaycan Respublikasında iki ildən bir verilmiş mükafat. Füzuli adına Beynəlxalq Mükafat dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 500 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1996-cı il tarixli 403 nömrəli Sərəncamı ilə təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 1997-ci il tarixli Sərəncamı ilə Füzuli adına Beynəlxalq Mükafat haqqında Əsasnamə təsdiq edilmiş, Füzuli adına Beynəlxalq Mükafat Komissiya yaradılmışdır. Müvafiq sərəncamlar 15 fevral 2019-cu ildə ləğv edilmişdir.
FİFA Dünya Kuboku (mükafat)
FİFA Dünya Kuboku (ing. FIFA World Cup Trophy) — dünya üzrə keçirilən və FİFA-nın üzvü olan ölkələrin milli komandalarının iştirak etdiyi futbol turniri olan FİFA Dünya Kubokunu qazanan komandaya verilən qızıl kubok. Turnirin başladığı 1930-cu ildən etibarən turnirin qalibi olan komandaya müvəqqəti olaraq Jül Rime kuboku təqdim olunurdu. Bu kubokun 1970-ci ildə əbədi olaraq Braziliyaya verilməsindən sonra yeni bir kubok hazırlandı və 1974-cü ildən etibarən FİFA Dünya Kuboku adı ilə verilməyə başlandı. Abel Laflyorun hazırladığı və "Qələbə" adını daşıyan ilk kuboka 1946-cı ildə FİFA-nın sabiq prezidenti Jül Rimenin adı verilib. Qədim yunan mifologiyasında qələbə ilahəsi sayılan Nikanı təsvir edən kubok, 925 əyarlı qızıl suyuna salınmış gümüşdən və lazuritdən hazırlanmışdır. Turniri qazanan komandaların müvəqqəti olaraq sahib olduğu kubok, turnirdə üç dəfə qalib gələn komandaya əbədi olaraq veriləcəkdi. Kubok, 1966-cı ildə İngiltərədə xalqa nümayiş olunması üçün təşkil olunmuş açıq sərgi zamanı oğurlansa da, bir həftə sonra tapılmışdır. 1970-ci ildə turnir tarixində üçüncü çempionluğunu əldə edən Braziliya kubokun əbədi sahibi oldu. Ancaq 1983-cü ildə Braziliyada kuboku oğurlayıblar, kubok bu günə qədər hələ də tapılmayıb.
Qızıl Qlobus (mükafat, 2009)
Oskar" mükafatından sonra ikinci mükafat sayılan "Qızıl qlobus"un təqdimetmə mərasimi keçirilib. Kaliforniyadakı Beverli-Hillz şəhərinin "Beverli-Hillz" mehmanxanasında keçirilən tədbiri birbaşa olaraq 160 ölkədə nümayiş etdirilib. Bu mükafat Kaliforniyada yaşayaraq-işləyən, Amerika kinosu barədə xarici mətbuat üçün yazan 90 jurnalistin birləşdiyi Hollivudun xarici mətbuat Assosiasiyası tərəfindən təqdim edilir. Qalibləri elan etmək üçün Dastin Hoffman, Conni Depp, Kameron Diaz, Demi Mur, Martin Skorseze kimi ulduzlar dəvət edilib. Bu il "Ən yaxşı dramatik film" nominasiyasında "Xarabalıqdan çıxmış milyonçu" qalib gəlib. Onunla bu kateqoriyada "Oxucu", "Dəyişiklik yolları", "Forst Niksona qarşı" və "Bencamin Battonun sirli işi" mübarizə aparıblar. "Gecəqondudan olan milyonçu" "Ən yaxşı ssenari" nominasiyasında da qalib olub.
Qızıl Qlobus (mükafat, 2013)
Ən yaxşı dramatik film – "“Arqo” əməliyyatı” ("Argo") Ən yaxşı komediya və ya müzikl – "Səfillər" ("Les Misérables") Ən yaxşı dram aktyoru – Deniel Dey-Lüis "Linkoln" ("Lincoln") Ən yaxşı komediya və ya müzikl aktyoru – Hyu Cekman "Səfillər" ("Les Misérables") Ən yaxşı dram aktrisası – "Cessika Çesteyn "Hədəf nömrə bir" ("Zero Dark Thirty") Ən yaxşı komediya və ya müzikl aktrisası – Cennifer Lourens "Mənim sevgilim dəlidir" ("Silver Linings Playbook") Ən yaxşı rejissor – Ben Afflek ""Arqo" əməliyyatı" ("Argo") İkinci dərəcəli ən yaxşı aktyor – Kristof Valts "Azad olunmuş Canqo" ("Django Unchained") İkinci dərəcəli ən yaxşı aktrisa – Enn Heteuey "Səfillər" ("Les Misérables") Ən yaxşı ssenari – Kventin Tarantino "Azad olunmuş Canqo" ("Django Unchained") Ən yaxşı xarici film – "Məhəbbət" ("Amour", rej.
Yüksək mükafat (film, 1936)
Xüsusi buraxılışda M.İ.Kalininin Sovet Azərbaycanının 15-ci ildönümü münasibətilə respublika zəhmətkeşlərinə Lenin ordeni təqdim etməsi mərasimi və həmin mərasimdəki çıxışı öz əksini tapmışdır. Film saxlanılmayıb. Rejissor: Vladimir Yeremeyev Operator: Vladimir Yeremeyev, İvan Manakov Səs operatoru: İlya Ozerski Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 56.
Vatslav Havel adına mükafat
Vatslav Havel adına mükafat və ya İnsan Hüquqları üzrə Vatslav Havel mükafatı qısa olaraq Vatslav Havel mükafatı — Avropada və onun hüdudlarından kənarda insan hüquqlarının müdafiəsində görkəmli nailiyyətlərə görə illik mükafat. Mükafat 2013-cü ildən Avropa Şurası Parlament Assambleyası, Vatslav Havel Kitabxanası və "Charta 77" Fondu ilə əməkdaşlıq çərçivəsində tədqim olunur. Mükafat Çexoslovakiyanın son prezidenti və Çexiyanın ilk prezidenti Vatslav Havelin (1936–2011) xatirəsinə həsr olunub. Mükafatın təsis edilməsi haqqında saziş 2013-cü il martın 25-də Praqada Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyon, Vatslav Havel Kitabxanasının sədri Marta Smolikova və "Çarta 77" Fondu rəhbəri Frantişek Yanus və Çexiya Respublikasının Xarici İşlər Naziri Karel Şvarzenberin iştirakı ilə imzalanıb. Vatslav Havel mükafatı 2007-ci ildən hər 2 ildən bir verilən Avropa Şurası Parlament Assambleyasının İnsan Hüquqları Mükafatının varisidir. Vatslav Havel İnsan Hüquqları Mükafatından əvvəl Avropa Şurası Parlament Assambleyasının İnsan Hüquqları Mükafatının qalibləri: 2009 – Şimali İrlandiyadakı münaqişənin insan haqları ölçüsünü izləmək və regionda cəzasızlıqla mübarizə aparmaq işinə görə Britaniya QHT-si olan Britaniya İrlandiya "Human Rights Watch" təşkilatı (hazırda "Rights Watch UK" kimi tanınır). 2011 – İşgəncələrə Qarşı Komitə (rus. Комитет против пыток), Rusiya QHT-si, Rusiyada ciddi insan hüquqları pozuntularının qurbanlarına yardım etmək və rəsmi dövlət araşdırmaları ilə yanaşı, müstəqil araşdırmalar aparıb. Araşdırmalar xüsusən də Çeçenistan Respublikasında olub. Mükafatın qalibləri insan hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən şəxslər və ya qeyri-hökumət təşkilatları ola bilər.
Yağlara əlavə edilən aşqarlar
Yağlara əlavə edilən aşqarlar — Yağların istismar xassəsini yaxşılaşdırmaq və ya uzunmüddətli saxlamaq üçün sürtkü yağlarına əlavə edilən birləşmələrə aşqarlar deyilir. Aşqarların effektivliyi onların kimyası ilə müəyyən edilir. Sürtkü yağlarında aşqarların qatılığı mühüm xüsusiyyətlərdən biridir. Sürtkü yağlarında istifadə olunan aşqarların digər əsas xassələri- yaxşı həll olmalı, tərkibin sabitliyi, geniş temperatur diapazonunda saxlama və istismar zamanı buxarlanma dərəcəsi, su ilə yuyulmamaq və hidrolizə məruz qalmamaq; sürtkü ilə qarşılıqlı təsirə məruz qalmamaq, sürtkü yağları ilə materiallar təmasda olmaması (aşqarların özlərinin təsir mexanizminin əsasını belə p-ionlar təşkil etdiyi hallar istisna olmaqla); öz funksiyalarını mövcud vəziyyətdə saxlamaq. Aşqarlar sürtkü yağlarında yaxşı həll olmalıdırlar. Aşqarlar yüksək və aşağı temperaturlarda sürtünmə səthlərinin yeyilməsini, aşınmasını azaldır. Bu aşqarlara hər ikisi heyvan mənşəli və piylərvə bitki mənşəli yağlar (məsələn, xardal yağı, donuz piyi); yüksək yağ turşuları (məsələn, olein turşusu) və efirlər(məsələn, pentaeritrit və sebatin (C10H18O4) turşunun efiri); tərkibində S [məsələn, kükürdləşdirilmiş spermaçit yağı, bms-(alkilbenzil) disulfid], P (məsələn, trikrezilfosfat), S və P (məsələn, Ba diizooktilditiofosfat, arilditiofosfor turşusunun izobutil efirinin Zn-Ba duzu), N (məsələn, 1-butilbenzotriazol) və s. Sürtkü materiallarında aşqarların qatılığı 0,1–3,0%- dən yüksək olmur. Təzyiqə qarşı olan aşqarlar — sürtünmə səthlərinin yüksək yükləri altında sürtünmədə və təzyiqdə normal işləməyi təmin edir. Tərkibində S olan birləşmələr təzyiqə qarşı istifadə edilir (məsələn, etilen diizopropilksantat izopropilksantogenat K-nin dixloroetan ilə qarşılıqlı təsirinin məhsuludur); Cl (məsələn, üçxlorsirkə turşunun izobutil efiri, penta- və tetraxlorodifenillərin qarışığı); S və P (məsələn, Zn dialkilditiofosfat) və s.
Əlavə iz (film, 1981)
Mənzillərin birində cavan qız qətlə yetirilir. Hadisə yerinə prokurorluğun müstəntiqi Babayev (Şahmar Ələkbərov) gəlir. O, cinayət axtarışı inspektoru Yaqubovla (Viktor Dəmirtaş) birgə Nərgizin (Dinarə Seyidova) qatilini axtarıb tapmalı və cinayətin baş vermə səbəbini aydınlaşdırmalıdır... Qətl haqqında təhqiqat işi filmin əsas süjetini təşkil edir. Film çox ciddi sosial və mənəvi problemlərə toxunmuşdur. Rus dilində olan film Azərbaycan Dövlət Televiziyası tərəfindən dublyaj olunub. Ssenari müəllifi: Arif Heydərov, Dmitri Hüseynov Quruluşçu rejissor: Nicat Bəkirzadə Quruluşçu operator: Ələsgər Ələkbərov Quruluşçu rəssam: Məmməd Hüseynov Bəstəkar: Tofiq Quliyev Bədii rəhbər: Rasim Ocaqov Məsləhətçi: T.Aslanov (daxili xidmətlər polkovniki) Səs operatoru: Ələkbər Həsənzadə Rejissor: Ziya Şıxlinski Operator: Vaqif Muradov Geyim rəssamı: Afət Məmmədova Qrim rəssamı: Firuzə İsmayılova Rejissor assistenti: Mirzəbala Məlikov, Səadət Məmmədova Operator assistenti: Arif Həsənov, Abbas Rzayev Rəssam assistenti: Y.Kirşner Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Gennadi Tişşenko İşıq ustası: T.Orucov Trüklərin quruluşu: A.Blinkov Kaskadyor: A.Aristov, V.Şinitsın Montaj edən: Lidiya Vyalsova Redaktor: D.Tahirova Çalır: Dövlət Kinematoqrafiya İdarəsinin Simfonik Orkestri Filmin direktoru: Davud Zöhrabov Şahmar Ələkbərov — Babayev Rasim Balayev — Nazim Dinarə Seyidova — Nərgiz Viktor Dəmirtaş — Yaqubov Hamlet Xanızadə — Məlikov Tofiq Mirzəyev — Alik Larisa Xələfova — Valya Yavər Rzayev — Vaqif Mayak Kərimov — Tağıyev Həsənağa Turabov — Əli Səfurə İbrahimova — Leyla Ofeliya Məmmədzadə — Knarik Muxtar Maniyev Vaqif İbrahimoğlu — Sese A.Məmmədov B.Tarxanov R.Rəziyev Məzahir Cəlilov — Alikin tanışı S.Ələsgərov F.Məmmədov L.Alaverdov A.Petrosova Vəliəhd Vəliyev — Müfəttiş Qəribov A.Məmmədzadə N.Zeynalov M.Əfəndiyev Zilli Namazov — milis nəfəri Tanilə Əhmərova — Bağırova Azərbaycan SSR Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi Sevda Sultanova. Gecələr barları gəzən qız öldürülürsə...